...

DİN və Penitensiar xidmətin əməkdaşları atəş açıblar(FOTO)

Hadisə Materials 21 Sentyabr 2013 12:52 (UTC +04:00)
Penitensiar xidmət əməkdaşları üçün atəş hazırlığı üzrə məşğələlər keçirilib.
DİN və Penitensiar xidmətin əməkdaşları atəş açıblar(FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmət əməkdaşları üçün atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşlarının peşə hazırlıqlarının təmin olunması, müəyyən olunmuş normativlərə riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq fiziki və sıra hazırlığı ilə yanaşı atəş hazırlığı üzrə də məşğələlər keçirilir.

Sentyabrın 20-də Penitensiar xidmətin Baş İdarəsi əməkdaşlarının Daxili İşlər Nazirliyinin (DİN) Atıcılıq tirində növbəti atəş hazırlığı üzrə növbəti məşğələləri keçirilib. Hazırlıq məşğələlərinə DİN-in və Penitensiar xidmətin mütəxəssisləri cəlb olunublar.

Təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla keçirilən məşğələ müvəffəqiyyətlə başa çatdırılıb.

Qeyd edək ki, şəxsi heyətin atəş hazırlığının səviyyəsi əməkdaşların attestasiyadan keçirilməsində və onlara növbəti məharət dərəcələrinin verilməsində nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti