Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 09.30 radələrində Lənkəran rayonu Rvo kəndinin ərazisində Lerik rayon sakinləri Zamiq Hüseynovun idarə etdiyi "KamAZ", Sarvan Babayevin idarə etdiyi "UAZ-469" və Lənkəran rayon sakini Kamran Abdullayevin idarə etdiyi "VAZ-21013" markalı avtomaşınlar toqquşublar.
Nəticədə xəsarət almış Kamran Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.