...

Sentyabrın son günü Azərbaycan yollarında baş verən qəzalarda 6 nəfər ölüb

Hadisə Materials 1 Oktyabr 2013 13:35 (UTC +04:00)
Ötən gün Azərbaycan yollarında baş verən qəzalarda 6 nəfər ölüb.
Sentyabrın son günü Azərbaycan yollarında baş verən qəzalarda 6 nəfər ölüb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

Ötən gün Azərbaycan yollarında baş verən qəzalarda 6 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 18 nəfər yaralanmışdır.

Ümumiyyətlə, daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 20-si "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti