...

Beyləqanda elektrik dirəyinə çırpılan avtomobilin sürücüsü ölüb

Hadisə Materials 8 Oktyabr 2013 12:32 (UTC +04:00)
Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Beyləqanda elektrik dirəyinə çırpılan avtomobilin sürücüsü ölüb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 7-də saat 19.00 radələrində Beyləqan rayonu 1-ci Şahsevən kəndinin ərazisində Füzuli rayon sakini Qurbanəli Əliyev idarə etdiyi "VAZ-21011" markalı avtomaşını yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü Qurbanəli Əliyev hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti