Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir N.Kirtsxaliya/
Gürcüstanın Poti limanının Sərhəd polisinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən dənizin çirkləndirilməsi faktı ilə bağlı Kamboca bayrağı altında üzən "VOLGOBALT- 227" yük gəmisini saxlanılıb.
Azərbaycan vətəndaşı olan gəmi kapitanı 65 min ları (1 dollar = 1,66 lari) məbləğində cərimələnib. Məhkəmə, o cümlədən ekoloji mühitə vurduğu zərərə görə 922 lari ödənilməsi haqqında qərar qəbul edib.
Gürcüstan Sərhəd polisindən Trend-ə verilən məlumata görə, kapitan bütün məbləği ödəyib və bundan sonra gəmiyə sərbəst üzmək hüququ verilib.