...

Bakıda qadın Qırğızıstan vətəndaşının telefonunu zorla götürüb qaçıb

Hadisə Materials 14 Oktyabr 2013 14:15 (UTC +04:00)
Bakının Qaradağ rayonundakı ticarət mərkəzində qadın kişiyə qarşı zor tətbiq edərək mobil telefonunu ondan alaraq qaçıb.
Bakıda qadın Qırğızıstan vətəndaşının telefonunu zorla götürüb qaçıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakının Qaradağ rayonundakı ticarət mərkəzində qadın kişiyə qarşı zor tətbiq edərək mobil telefonunu ondan alaraq qaçıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisindəki ticarət mərkəzində maraqlı hadisə baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Vüsalə Qurbanova Qırğızıstan vətəndaşı Zakir Əliyevə qarşı zor tətbiq edərək onun əlindəki mobil telefonunu alaraq qaçıb.

Lakin oğru qadın çox uşağa qaça bilməyib. V.Qurbanova Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi açılıb, Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti