...

Saatlı rayonunda at arabası ölümlə nəticələnən qəza törədib

Hadisə Materials 21 Oktyabr 2013 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Saatlı rayonunda at arabası ölümlə nəticələnən qəza törədib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Məlumata əsasən, oktyabrın 20-də Saatlı rayonu Qara Nuru kəndinin ərazisində, kənd sakini Amil Səmədov at arabası ilə həmkəndlisi Ələsgər Kərimov Qənbər oğlunu vurub.

Nəticədə xəsarət almış Ə.Kərimov xəstəxanaya aparılarkən yolda ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti