...

İran-Pakistan sərhədində atışma olub, 17 İran sərhədçisi öldürülüb

Hadisə Materials 26 Oktyabr 2013 09:44 (UTC +04:00)
Ötən gecə İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin cənub-şərqində yerləşən Saravan şəhəri istiqamətində bu ölkəyə girmək istəyən bir qrup silahlı şəxs arasında atışma baş verib.
İran-Pakistan sərhədində atışma olub, 17 İran sərhədçisi öldürülüb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Cəfərov/

Ötən gecə İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin cənub-şərqində yerləşən Saravan şəhəri istiqamətində bu ölkəyə girmək istəyən bir qrup silahlı şəxs arasında atışma baş verib.

Atışma nəticəsində İranın 17 sərhədçisi öldürülüb. Trend-in məlumatına görə, bu barədə IRNA agentliyi adının açıqlanmasını istəməyən mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, bu atışma zamanı, həmçinin İran sərhəd polisinin 5 əməkdaşı yaralanıb. Bundan başqa, 4 sərhəd polisi də terrorçu qruplaşmalar tərəfindən əsir götürülüb.

"Fars" agentliyinin məlumatına görə, həmin silahlı şəxslər İran əleyhinə olan qruplaşmalar tərəfindən törədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti