...

İranda 16 terrorçu edam olunub

Hadisə Materials 26 Oktyabr 2013 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Zahidan şəhər həbsxanasında 16 nəfər terrorçu edam olunub. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Zahidan şəhər prokuroru Məhəmməd Mərziyə deyib.

O bildirib ki, həmin terrorçular ötən axşam İran-Pakistan sərhədində İran sərhəd polisinin 17 əsgərinin ölümünə cavab olaraq edam olunublar:

"Biz bundan əvvəl də xəbərdarlıq etmişdik ki, belə hücumlar təşkil olunarsa, həbsdə saxlanılan terrorçuları edam edəcəyik".

Qeyd edək ki, ötən gecə İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin cənub-şərqində yerləşən Saravan şəhəri istiqamətində bu ölkəyə girmək istəyən bir qrup silahlı şəxs arasında atışma baş verib.

Atışma nəticəsində İranın 17 sərhədçisi öldürülüb. Həmçinin İran sərhəd polisinin 5 əməkdaşı yaralanıb. Bundan başqa, 4 sərhəd polisi də terrorçu qruplaşmalar tərəfindən əsir götürülüb.

"Fars" agentliyinin məlumatına görə, həmin silahlı insident İran əleyhinə olan terrorist qruplaşmalar üzvləri tərəfindən törədlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti