Bakıda yol kənarında qumbara tapılıb

Hadisə Xəbər 2 Noyabr 2013 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Avtomaşınların yeraltı keçidində yolun kənarında içərisində alışqansız 1 ədəd "F-1" qumbarası olan qutu tapılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsindəki avtomaşınların yeraltı keçidində yolun kənarında içərisində alışqansız 1 ədəd "F-1" qumbarası və 2 ədəd qadın gödəkçəsi olan qutu tapılıb və Nərimanov RPİ 16-cı polis bölməsinə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti