...

Sabirabad rayonu ərazisində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Hadisə Materials 14 Noyabr 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Sabirabad rayonu ərazisində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 13-də saat 19.40 radələrində Sabirabad rayonu Şəhriyar kəndinin ərazisində kənd sakini Elvin Alışanovun idarə etdiyi "Mercedes", rayon sakini Elçin Cəfərovun idarə etdiyi "VAZ-21173" və Bakı şəhər sakini Ramiz Nəsibovun idarə etdiyi "Hovo" markalı avtomobillər toqquşub.

Xəsarət almış E.Alışanovun sərnişini - Şəhriyar kənd sakini Valeh Fərzəlıyev xəstəxanaya aparılarkən yolda ölmüş, özü və E.Cəfərov xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti