...

Siyəzən sakini həmyerlisini güllələyib

Hadisə Materials 25 Noyabr 2013 13:52 (UTC +04:00)
Siyəzən rayonu ərazisində ov tüfəngi ilə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb.
Siyəzən sakini həmyerlisini güllələyib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İzzət/

Siyəzən rayonu ərazisində ov tüfəngi ilə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu Həmyə kəndinin ərazisində rayon sakini Tural Mustafayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən həmyerlisi Nazim Hüseynov xəsarət alıb.

Siyəzən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T.Mustafayevdən bir ədəd ov tüfəngi götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti