...

Türkiyə Prezidentinə sui-qəsdin qarşısı alınıb

Hadisə Materials 29 Noyabr 2013 14:45 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gülə sui-qəsdin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Türkiyə Prezidentinə sui-qəsdin qarşısı alınıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend,

Türkiyə Prezidenti Abdullah Gülə sui-qəsdin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

Qəzetin məlumatına əsasən, bu gün səhər saatlarında naməlum şəxs Çankaya köşkünə gəlib və cibindəki pulu təhlükəsizlik xidmətinin əməkdaşlarına verərək bunun bir şifrə olduğunu və yalnız Abdullah Gülün bu şifrəni bildiyini deyib.

Prezidentlə görüş tələb edən şəxsin əl çantası yoxlanarkən çantada 1 ədəd tapança aşkarlanıb.

Dindirilmə zamanı saxlanılan şəxs Abdullah Gülü öldürmək istəmədiyini bildirib. O, deyib ki, Prezidentlə görüşərək tapançanı onun qarşısına qoymaq və hər zaman vətənin, ölkə başçısının qulluğunda hazır olduğunu bildirmək istəyib.

Dindirilmə zamanı saxlanılan şəxs onu da bildirib ki, sadəcə "Qurdlar vadisi" filmindəki səhnəni təkrar etmək istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti