...

Kürdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Hadisə Materials 8 Dekabr 2013 21:00 (UTC +04:00)
Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Kürdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, 1981-ci il təvəllüdlü Süleymanov İlqar Zəfərqulu oğlu Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində sürüşərək çaya düşmüş və batmaq təhlükəsi ilə üzləşib.

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həmin şəxs nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti