Volqoqradda trolleybusda partlayış 14 nəfərin həyatına son qoyub (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 30 Dekabr 2013 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bu gün səhər saatlarında Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 28 nəfər isə xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Oleq Salaqay deyib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin hamısı donor qanla təmin edilib.

Qeyd edək ki, dünən Rusiyanın Volqoqrad şəhərinin dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində 14 nəfər ölmüş, 40-dən artıq şəxs isə yaralanmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti