...

FHN Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 5 Yanvar 2014 15:13 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
FHN Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Qumbaşı kəndində "VAZ" markalı minik avtomobili və "Mercedes-Benz" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü - 1971-ci il təvəllüdlü Həsənov Fuad Tofiq oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti