Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/
Şəmkirdə quldurluq etmiş rayon sakinləri tutulublar.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Zülfiyyə Qəhrəmanovanı bıçaqla hədələyərək quldurluq yolu ilə 10.000 manat pulunu almış rayon sakinləri Əmirxan Abdıyev və Abdulla Ələsgərli tutulublar.
Xatırladaq ki, yanvarın 17-dən 18-nə keçən gecə iki nəfər maskalı şəxs Keçili kənd sakini 47 yaşlı Zülfiyyə Qəhrəmanovaya məxsus mənzilə daxil olaraq ona hədə qorxu gəliblər. Qadından pul tələb edən həmin şəxslər ondan 10.000 manat aldıqdan sonra mənzili tərk ediblər. Həmin şəxslər sözügedən ünvandan bir qədər uzaqlaşdıqdan sonra cinayətdə istifadə olunan maskanı və əlcəyi yerə atıblar.
Qeyd edək ki Zülfiyyə Qəhrəmanova Keçili kənd tam orta məktəbində müəllimə işləyir. Onun uzun müddətdir sələmlə pul verməsi barədə faktlar üzə çıxıb.