...

İmişli və Şabran rayonlarında qanunsuz ov edən şəxslər yaxalanıblar

Hadisə Materials 28 Yanvar 2014 13:11 (UTC +04:00)
İmişlidə qanunsuz ov edən şəxslər yaxalanıb.
İmişli və Şabran rayonlarında qanunsuz ov edən şəxslər yaxalanıblar

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Mehdiyev/

İmişli və Şabran rayonlarında qanunsuz ov edən şəxslər yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayonunun ərazisində rayon sakinləri Yuriy Cvaladan və Azər Həşimovdan qanunsuz əldə etdiyi 50 kiloqram balıq, qanunsuz ovlanmış 4 ədəd çöl quşu, sonuncuya məxsus "Tula" markalı ov tüfəngi, 21 patron, 1 qayıq, 2 akkumulyator və kustar üsulla hazırlanmış elektrik gücləndiricisi götürülüb, barələrində protokol tərtib edilərək İmişli RPŞ-yə təhvil veriliblər.

Bundan əlavə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şabran rayonunun ərazisində Siyəzən rayon sakinləri Ruslan Qasımovdan "İJ-18" markalı ov tüfəngi, 3 ədəd patron, Fərəc Hacıyevdən qanunsuz əldə etdiyi 25 kiloqram balıq götürülüb, habelə Qəmbər Zeynalov qanunsuz əldə etdiyi 5 kiloqram balığı satarkən saxlanılıb və barələrində protokol tərtib edilərək Şabran RPŞ-yə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti