...

Bakıda daha bir piyada yol qəzasının qurbanı olub

Hadisə Materials 10 Fevral 2014 12:14 (UTC +04:00)
Nizami rayonunda “VAZ” markalı avtomobillə vurulan piyada ölüb.
Bakıda daha bir piyada yol qəzasının qurbanı olub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Nizami rayonunda "VAZ" markalı avtomobillə vurulan piyada ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-u saat 15:50 radələrində, Nizami rayonu Tofiq Abbasov küçəsində Bakı şəhər sakinləri Elçin Cəfərov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Rafiq Abbasovu vurub. R.Abbasov aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti