...

Cəlilabadda 24 yaşlı qadın özünü ov tüfəngi ilə vurub (FOTO)

Hadisə Materials 10 Fevral 2014 17:02 (UTC +04:00)
Cəlilabadda 24 yaşlı qadın odlu silahdan atəş açaraq intihara cəhd edib.
Cəlilabadda 24 yaşlı qadın özünü ov tüfəngi ilə vurub (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Cəlilabadda 24 yaşlı qadın odlu silahdan atəş açaraq intihara cəhd edib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Cəlilabad rayonunda güllələnmə hadisəsi baş verib. Rayonun Əliqasımlı kənd sakini, 1990-cı il təvəllüdlü Quluyeva Xədicə Lütfəli qızı ov tüfəngi ilə özünə atəş açaraq intihara cəhd edib. Güllə onun qarın nahiyəsinə dəyib.

Hadisə barədə xəbər tutan ailə üzvləri yaralını ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, L.Quluyeva dərhal əməliyyat olunub, hazırda vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti