...

Şabranda 24 yaşlı piyadanı maşın vurdu

Hadisə Materials 19 Fevral 2014 00:24 (UTC +04:00)
Ötən gün axşam saatlarında Şabran rayonu, Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şabranda 24 yaşlı piyadanı maşın vurdu

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ötən gün axşam saatlarında Şabran rayonu, Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, Elmar Abdulrəhmanov idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla Şabran rayonu, Sicanboyad kənd sakini 24 yaşlı Hüseynov Mahir Əlişah oğlunu vurub.

Qəza nəticəsində piyada ağır bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti