...

Siyəzəndə məktəblilər dəm qazından zəhərləniblər

Hadisə Materials 23 Fevral 2014 23:44 (UTC +04:00)
Bu gün axşam saatlarında Siyəzəndə 2 məktəbli dəm qazından zəhərlənib.
Siyəzəndə məktəblilər dəm qazından zəhərləniblər

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün axşam saatlarında Siyəzəndə 2 məktəbli dəm qazından zəhərlənib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, Siyəzən şəhəri, Sabir küçəsi, 49 ünvanında yaşayan 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini 1998-ci il təvəllüdlü Aydan Həsənova dəm qazından zəhərləniblər.

Onlar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə yerləşdiriliblər.

Hər iki məktəblinin vəziyyətinin orta-stabil olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti