...

Azərbaycanın bəzi ərazilərində silah-sursat tapılıb

Hadisə Materials 28 Fevral 2014 12:46 (UTC +04:00)
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd qumbara, 106 ədəd müxtəlif çaplı patron və 2 ədəd alışdırıcı tapılıb.
Azərbaycanın bəzi ərazilərində silah-sursat tapılıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın bəzi ərazilərində silah-sursat tapılıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Füzuli RPŞ əməkdaşları tərəfindən Qayıdış-6 qəsəbəsinin ərazisindən 2 ədəd "TOZ-8" markalı tüfəng, 5 qumbara, 5 ədəd trotil şaşka, 12 ədəd müxtəlif çaplı patron, 19 ədəd alışdırıcı, 2 patron darağı, 1 pulemyot lenti və 2 fitil tapılıb.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd qumbara, 106 ədəd müxtəlif çaplı patron və 2 ədəd alışdırıcı tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti