...

Zaqatalada polis əməkdaşı bıçaqlanıb

Hadisə Materials 11 Mart 2014 20:18 (UTC +04:00)
Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.
Zaqatalada polis əməkdaşı bıçaqlanıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb. Hadisənin dəqiq hansı səbəblərdən baş veridiyi bəlli deyil.

İlkin məlumatlara görə, hadisə zamanı iki şəxs mübahisə edib. Bu zaman xəsarət alan polis nəfəri mübahisə edən şəxsləri ayırmaq istəyib. Mübahisə zamanı dalaşan şəxslərdən biri bıçaq çıxarıb və polis əməkdaşına çoxsaylı bıçaq zərbələri endirib.

Hadisənin dəqiq olaraq hansı səbəblərdən baş verdiyi araşdırılır. Hadisəni törədən şəxsin axtarışları isə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti