...

Bu gecə Gəncədə 2 yol qəzası olub, 3 nəfər yaralanıb (FOTO)

Hadisə Materials 12 Mart 2014 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu gecə Gəncə şəhərində 3 nəfərin yaralanması ilə nəticələn 2 yol qəzası baş verib. Hadisə nəticəsində 4 avtomobilə ciddi ziyan dəyib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Gəncə şəhər sakini Teymur Kərimov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə prospektlə Dəmiryol vağzalı istiqamətdə hərəkətdə olarkən həmyerilisi Vidadi Aslanovun idarə etiyi "VAZ-2107" avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Tramatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.

İlkin etimala görə, qəzaya "VAZ 2107"-nin yüksək sürətlə hərəkət etməsi və sürücünün sərxoş olması səbəb olub.

Daha bir hadisə isə şəhərin Şah İsmail Xətai prospektində baş verib. "QAZ 24" markalı avtomobillə "Opel" markalı maşının toqquşması nəticəsində sürücülər ciddi xəsarət almasalar da, avtomobillərə ziyan dəyib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti