...

Goranboyda yol qəzası olub, ölən və yaralananlar var

Hadisə Materials 16 Mart 2014 23:00 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşlara məxsus iki "VAZ" markalı minik avtomobili toqquşub.
Goranboyda yol qəzası olub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 16 mart /Trend/

Goranboyda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşlara məxsus iki "VAZ" markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərin sürücüləri və iki sərnişini yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən avtomobildən çıxarılıb, digər sərnişin 1959-cu il təvəllüdlü Həsənova Zöhrə Talış qızı isə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti