Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səmayə Atakişiyeva saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi məlum olub.
Faktla bağlı araşdırma davam edir.