...

Bakıda yanğın baş verən evdə cəsəd tapılıb

Hadisə Materials 30 Mart 2014 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bakıda evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan evin taxta konstruksiyalardan ibarət aynabənd və mətbəxi 24 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı bir cəsəd aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qəbələ rayonu, Soltannuxa kəndində (rayon mərkəzindən 20 km aralı) inzibati binanın birinci mərtəbəsinin dəhlizində 1 ədəd divan yanıb. Bina yanğından mühafizə olunub.

Abşeron rayonu, Hökməli qəsəbəsində isə vətəndaşa məxsus ümumi sahəsi 14 kv.m olan taxta konstruksiyadan ibarət ayrı tikilmiş mətbəx və içərsindəki əşyalar yanıb. Yanğından yaxınlıqdakı ev mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti