...

Lənkəran sakini Salyanda adam güllələyib

Hadisə Materials 4 Aprel 2014 13:36 (UTC +04:00)
Ov tüfəngindən atəş açaraq Salyan rayon sakinini yaralayan şəxs tutulub.
Lənkəran sakini Salyanda adam güllələyib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Ov tüfəngindən atəş açaraq Salyan rayon sakinini yaralayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 3-də Salyan rayonunun Dağüstü kəndi ərazisində Lənkəran rayon sakini Fazil Məmmədov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Həsənli kənd sakini Səfa Cəfərova ayaq nahiyəsindən xəsarət yetirib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Məmmədov tutulub. Ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti