...

Abşeronda qadının külli miqdarda pulunu zorla mənimsəmiş dəstənin 3 üzvü tutulub

Hadisə Materials 5 Aprel 2014 13:33 (UTC +04:00)
Abşeron rayonun inzibati mərkəzi Xırdalan şəhərinin ərazisində qadına qarşı zor tətbiq edərək çantasını əlindən almış dörd şəxsdən üçü tutulub.
Abşeronda qadının külli miqdarda pulunu zorla mənimsəmiş dəstənin 3 üzvü tutulub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərinin ərazisində qadına qarşı zor tətbiq edərək çantasını əlindən almış dörd şəxsdən üçü tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 4-də Xırdalan şəhərinin ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Gədəbəy rayon sakini Natilə Tağıyevaya zor tətbiq edərək içərisində 9900 dollar və 100 manat, habelə qızıl əşyaları olan çantasını alıb.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini Orxan Hümbətov, Sumqayıt şəhər sakini Yusif Yusifov, Rəsul Əliyev tutulub. Cinayəti törətmiş qrupunun digər üzvünün isə Murad İsmayılov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti