...

Türkiyədə kütləvi etiraz aksiyaları zamanı 17 nəfər saxlanılıb

Hadisə Materials 7 Aprel 2014 10:22 (UTC +04:00)
Türkiyənin şərqində yerləşən Ağrı vilayətində kütləvi etiraz aksiyaları zamanı 17 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər yayıb.
Türkiyədə kütləvi etiraz aksiyaları zamanı 17 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin şərqində yerləşən Ağrı vilayətində kütləvi etiraz aksiyaları zamanı 17 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər yayıb.

Etiraz aksiyaları Türkiyə MSK-nın vilayətdə bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsindən sonra başlayıb.

Ağrı vilayətində bələdiyyə seçkiləri zamanı kürdyönümlü Sülh və Demokratiya Partiyası (BDP) qalib gəlib. Aksiyalar bu partiyanın tərəfdarları tərəfindən keçirilib. Seçkilərin nəticələrinin ləğv edilməsinə səbəb hakim və müxalifət partiyalarının nümayəndələrindən daxil olan şikayətlər olub. Şikayətlərin səbəbləri ilə bağlı ətraflı məlumat verilmir.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti