...

Bakıda “Kamaz”la toqquşan “Opel”in sürücüsü ölüb

Hadisə Materials 14 Aprel 2014 12:58 (UTC +04:00)
Bakıda “Kamaz”la toqquşan “Opel”in sürücüsü ölüb.
Bakıda “Kamaz”la toqquşan “Opel”in sürücüsü ölüb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda "Kamaz"la toqquşan "Opel"in sürücüsü ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 13-ü saat 22:20 radələrində, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Kəlbəli Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə qarşıda hərəkət edən 1963-cü il təvəllüdlü Baxşi Muradovun idarə etdiyi "Kamaz" markalı avtomobilin arxa hissəsindən vurub. Nəticədə "Opel"in sürücüsü K.Əliyev aldığı xəsarətdən xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti