...

Bakıda mebel mağazasına basqın olub

Hadisə Materials 30 Aprel 2014 13:35 (UTC +04:00)
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda mebel mağazasına basqın olub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda mebel mağazasına basqın olub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da saat 05 radələrində Nərimanov rayonu ərazisində yerləşən "Röyal" mebel mağazasına aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıb oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb "Mercedes" markalı avtomobildə hadisə yerindən gediblər.

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti