...

İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb

Hadisə Materials 17 May 2014 13:11 (UTC +04:00)
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 17-də saat 01 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinin ərazisində qəsəbə sakini Şahin Şükürzadə idarə etdiyi "VAZ-21154" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə sürücü Ş.Şükürzadə hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti