...

Bakıda "Great Wall Haval" markalı avtomobil "Shacman"a çırpılıb, ölən var

Hadisə Materials 22 May 2014 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Bakıda "Great Wall Haval" markalı avtomobilin "Shacman" markalı yük avtomobilinə çırpılması nəticəsində sürücülərdən biri ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-i saat 04:40 radələrində Qaradağ rayonu Lökbatan dairəsində Neftçala rayon sakini 1964-cü il təvəllüdlü Məhərrəm Məmmədov idarə etdiyi "Great Wall Haval" markalı avtomobillə yolun kənarında dayanmış, Cəlilabad rayon sakini 1981-ci il təvəllüdlü Seymur Hüseynovun idarə etdiyi "Shacman" markalı avtomobilə vurub. Hadisə nəticəsində M.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti