...

Zaqatalanın Qəbizdərə kəndində cəbbəxana aşkar edilib

Hadisə Materials 22 May 2014 12:57 (UTC +04:00)
Zaqatala rayonunun Qəbizdərə kəndinin ərazisindən silah-sursat tapılib.
Zaqatalanın Qəbizdərə kəndində cəbbəxana aşkar edilib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Zaqatala rayonunun Qəbizdərə kəndinin ərazisindən silah-sursat tapılib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Polis əməkdaşları tərəfindən Zaqatala rayonunun Qəbizdərə kəndinin ərazisindən qundağı kəsilmış avtomat silah, 2 ov tüfəngi, 1 ədəd kustar üsulla "TOZ-8" markalı silaha düzəlmiş pnevmatik tapança, 1 ədəd fişəng atan tapanca, 1 ədəd AKM silahının qundağı, 1 ədəd qumbara alışdırıçısı, 82 ədəd müxtəlif çaplı patron və 1 patron darağı tapılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti