...

Neftçalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb

Hadisə Materials 28 May 2014 12:57 (UTC +04:00)
Neftçala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Neftçalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Neftçala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də saat 10 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsinin ərazisində qəsəbə sakini Mirdamət Murtuzovun idarə etdiyi "VAZ-21154" markalı avtomobillə Xıllı qəsəbə sakini Mübariz İsmayılovun idarə etdiyi motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilmiş M.İsmayılov orada ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti