...

Ötən gün Azərbaycanda baş vermiş 67 cinayət faktından 29-u "isti izlər"lə açılıb

Hadisə Materials 29 May 2014 13:11 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
Ötən gün Azərbaycanda baş vermiş 67 cinayət faktından 29-u "isti izlər"lə açılıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti