...

Ağdaşda "KamAz"la toqquşan "Mercedes"in sürücüsü ölüb

Hadisə Materials 4 İyun 2014 13:09 (UTC +04:00)
Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ağdaşda "KamAz"la toqquşan "Mercedes"in sürücüsü ölüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də saat 15 radələrində Ağdaş rayonu ərazisində Mingəçevir şəhər sakini Rüstəm Məmmədovun idarə etdiyi "Mercedes" və Zərdab rayon sakini Ziya Abbasovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti