...

Bakı-Qazax yolunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Hadisə Materials 16 İyun 2014 09:14 (UTC +04:00)
Bakı-Qazax yolunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.
Bakı-Qazax yolunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bakı-Qazax yolunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Bakı-Qazax yolunun 375-ci kilometirliyində "Vaz" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Opel" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti