...

Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb

Hadisə Materials 16 İyun 2014 20:11 (UTC +04:00)
Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.
Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayonuda "Sampo-Rosenlew" və "Qazel" markalı iki yük avtomobili toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Qazel" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti