...

Bakıda keçmiş arvadına zor tətbiq edərək çantasını almış şəxs tutulub

Hadisə Materials 19 İyun 2014 13:11 (UTC +04:00)
Bakının Qaradağ rayon sakini keçmiş arvadına qarşı zor tətbiq edərək çantasını aldığına görə saxlanılıb.
Bakıda keçmiş arvadına zor tətbiq edərək çantasını almış şəxs tutulub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakının Qaradağ rayon sakini keçmiş arvadına qarşı zor tətbiq edərək çantasını aldığına görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 18-də Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Bəybala Namazov keçmiş arvadı Güləbətin Məmmədovaya zor tətbiq edib içərisində qızıl əşyalar və 5000 manat olan çantasını alıb.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Namazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti