Azərbaycan, Bakı, 24 iyun /Trend/
Bakı sakinindən külli miqdarda marixuana aşkar edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, R.Rüstəmov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Qabil Məhərrəmovun evindən 13 kiloqramdan artıq marixuana aşkar edilib.