Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/
Rusiya Federasiyası vətəndaşına məxsus avtomobildən tapança və vasitələri aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də şəhər ərazisində Rusiya Federasiyası vətəndaşı Gülçin Yolçiyevə məxsus "Mercedes" markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə "Makarov" markalı tapança, 1 ədəd güllə darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.