...

Ucarda iki avtomobil toqquşub, sərnişin ölüb

Hadisə Materials 4 İyul 2014 12:53 (UTC +04:00)
Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ucarda iki avtomobil toqquşub, sərnişin ölüb

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /

Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 22 radələrində Ucar rayonu Qəzyan kəndinin ərazisində Masallı rayon sakini Asif Abuşovun idarə etdiyi "VAZ-2107" və Zərdab şəhər sakini Araz Babayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. "VAZ-2107"in xəstəxanaya yerləşdirilmiş sərnişini - Ağcabədi şəhər sakini Arzu Məmmədova orada ölüb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti