...

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmidə ölüm baş verib

Hadisə Materials 7 İyul 2014 13:31 (UTC +04:00)
Bakı sakini işlədiyi "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmidə yıxılaraq ölüb.
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmidə ölüm baş verib

Azərbaycan, Bakı, 7 iyul / Trend, müxbir İlkin İzzət /

Bakı sakini işlədiyi "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmidə yıxılaraq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 5-də "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Zığ Quru Yük Limanında Bakı şəhər sakini Nadir Mirzəyev işlədiyi "Mahmud Rəhimov" adına gəmidə yıxılıb. N.Mirzəyev aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti