...

Narkotik vasitələr satan Salyan sakini tutulub

Hadisə Materials 7 İyul 2014 13:54 (UTC +04:00)
Narkotik vasitələr satan Salyan sakini daxili işlər orqanları əməkdaşları tərəfindən tutulub.
Narkotik vasitələr satan Salyan sakini tutulub

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Narkotik vasitələr satan Salyan sakini daxili işlər orqanları əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də tutulmuş Faiq Əliyevin narkotik vasitəni Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Rəfayel Əhmədovdan alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə R.Əhmədov tutulub və ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 301,79 qram tiryək aşkar edilərək götürülüb. Onun Salyan rayonu Kərimbəyli kəndindəki evinə baxış zamanı isə əlavə olaraq 301,35 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tərbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti