...

Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 15 İyul 2014 08:18 (UTC +04:00)
Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 15 iyul /Trend /

Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbi ilə 5-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib qapısını açıb və vətəndaşları liftdən çıxmasına şərait yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti