Azərbaycan, Bakı, 19 iyul /Trend/
Şəkidə meşələrin qənimi saxlanılıb.
Trend DİN-in saytına istinadən xəbər verir ki, iyulun 18-də Qax RPŞ-nın əməkdaşları tərəfindən rayonun Qıpçaq kəndi ərazisində Şəki rayon sakini İsmayıl Aslanovun idarə etdiyi "Ural" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 4 kubmetr meşə materialı aşkar edilib.
Sürücü avtomobillə birgə araşdırmalar aparılması üçün Qax RPŞ-yə gətirilib.