...

Buzovnada "Mercedes" elektrik dirəyinə çırpılıb, sərnişin ölüb

Hadisə Materials 31 İyul 2014 14:00 (UTC +04:00)
Bakının Buzovna qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Buzovnada "Mercedes" elektrik dirəyinə çırpılıb, sərnişin ölüb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının Buzovna qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-i saat 01 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Yaqub Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə sərnişin Etibar Quliyev hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Xəzər RPİ tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti